İsfar Sarabski Amerikada çıxış edib

 

   Tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü İsfar Sarabski Nyu-YorkunAppolo Teatr”ında keçirilənHarlemdə böyük gecəadlı caz qala-konsertində uğurla çıxış edib. Amerika Caz Fondu tərəfindən təşkil olunmuş xeyriyyə gecəsində mindən artıq qonaq iştirak edib. Konsertdə tanınmış caz ifaçıları Elvis Costello, Paul Shaffer, Cefri Vrigt, Ceyms Karter, Henri Butler, Don Bayron, Nicholas Payton başqaları çıxış ediblər. Azərbaycanlı cazmenin çıxışı maraqla qarşılanıb.

   Bülbül adına orta ixtisas musiqi məktəbini Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini (professor Fərhad Bədəlbəylinin sinfi) bitirən İsfar Sarabski Berkli Musiqi Kollecində təhsil alır. 24 yaşlı ifaçı 2009-cu ildə İsveçrədə keçirilən 43-cü beynəlxalq Montrö (Montreux) caz müsabiqəsinin qalibi olub, 2010 2012-ci illərdə bu mötəbər yarışmada iştirak edib. Londonda keçirilənButa: Azərbaycan mədəniyyəti festivalı”, habelə “Queen Elizabeth Hall”da keçirilənNeft cazadlı layihələrin (2009) iştirakçısıdır. 2012-ci ilin 27 aprelində Parisdə UNESCO tərəfindən təşkil edilən ilk “Caz Günü”ndə, “Herbi Henkokun dostlarıadlı konsertdə, İsveçrədə Sion Festivalında (2012) ölkəmizi layiqincə təmsil edib. Gənc pianoçu ABŞ, Fransa, Almaniya, Avstriya, İngiltərə, İsveçrə, Meksika, Rusiya s. ölkələrin məşhur konsert zallarında çıxış edib.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 6.